Bayraqdar.info – Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanın dezinformasiya hücumunun qarşısını almaq üçün çağırış edib.
Fevralın 24-də Nazirliyin yaydığı çağırışda deyilir: “Bu gün, 24 fevral 2022-ci il, səhər saat 5-də Rusiya Ukraynaya təcavüz edib. Rusiya silahlı qüvvələri Ukraynaya hücuma keçib. Lütfən, Ukraynaya dəstək olun, xəbərlər üçün Ukraynanın ingiliscə rəsmi mənbələrini dəstəkləyin və onun Avropada azadlıq və demokratiya uğrunda savaşına töhfə verin”.
Daha sonra hazırkı çətin durumda Ukraynaya necə kömək etməyin yolları da göstərilir. Ukrayna XİN bildirir ki, hər kəs Rusiyanın bu ölkəyə təcavüzü haqqında rəsmi xəbərləri oxuyub paylaşarsa yardım etmiş olar.
Nazirlik bunun üçün Prezidentin onlayn hesablarını izləməyi təklif edir: President, Twitter və Facebook.
Eyni zamanda XİN-in öz hesabları da doğru informasiya mənbəyi kimi təqdim edilir: MFA, Twitter və Facebook.
Əlavə olaraq Ukraynanın rəsmi sosial media hesabları və xarici ölkələrdəki səfirliklərin hesabları gərəkli informasiya üçün mənbə rolunu oynaya bilər: Facebook və Instagram.