Press "Enter" to skip to content

Recep Tayyip Erdoğandan Rusiyanın addımına etiraz

Recep Tayyip Erdoğan

Son yeniləmə: 24 Fevral 2022 16:25

Hərbi əməliyyatı qəbuledilməz sayır və rədd edirik

Bayraqdar.info – “Rusiyanın bu gün erkən saatlarda Ukrayna torpaqlarına başladığı hərbi əməliyyatı qəbuledilməz sayır və rədd edirik”.

Bunu Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan Twitter hesabındakı paylaşımında qeyd edib.

Türkiyə Cümhurbaşqanı onu da qeyd edib ki, Rusiyanın beynəlxalq hüquqa zidd addımı bölgədə stabilliyə ciddi əngəl və zərbədir: “Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və tərəfləri böhranı dialoq yolu ilə həll etməyə çağırırıq”.

Mission News Theme by Compete Themes.