Son yeniləmə: 24 Fevral 2022 12:25
Bayraqdar.info – Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında III dövrənin növbəti oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib. Ölkə çempionatının IX turunun matçları fevralın 25-də, VIII turun təxirə salınan oyunları isə martın 1-də təşkil olunacaq.
Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, fevralın 25-də öncə meydana “Murov” və “Abşeron” komandaları çıxacaq. Oyun saat 16:00-da başlayacaq. Bu qarşılaşmadan 2 saat sonra UNEC – “ Azərreyl” duelinə başlanacaq.
“Martın 1-də keçiriləcək VIII turun təxirə salınan oyunlarından sonra III dövrəyə yekun vurulacaq. Turun ilk qarşılaşması saat 16:00-da “Azərreyl” –“Abşeron” komandaları arasında olacaq. Dövrəyə UNEC – “Murov” görüşü ilə yekun vurulacaq. Oyunun start fiti saat 18:00-da veriləcək. Hər 2 turun görüşləri Azərbaycan Voleybol Federasiyasının idman zalında təşkil olunacaq.
“Qeyd edək ki, pandemiya səbəbindən karantin qaydalarına uyğun keçirilən oyunlara azarkeşlər buraxılmayacaq”, – deyə xəbərdə qeyd edilir.