Press "Enter" to skip to content

Meksikada “Xocalı soyqırımı” abidəsi önündə anım tədbiri

Son yeniləmə: 24 Fevral 2022 11:07

Bayraqdar.info – Meksikada “Xocalı soyqırımı” abidəsi önündə qanlı faciənin 30-cu ildönümü ilə bağlı anım tədbir keçirilib. Tedbior Meksika Konqresi və Azərbaycanın Meksikadakı səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Bu barədə bayraqdar.info-ya fevralın 24-də səfirlikdən məlumat verilib.

Bildirilib ki, iştirakçılar Mexiko şəhərinin Tlakskoake-Xocalı meydanında yerləşən “Xocalı soyqırımı” abidəsini ziyarət ediblər. Meksika Deputatlar Palatasında fəaliyyət göstərən Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migen Anxel Navarrete, Konqresin digər üzvləri, ölkədə akkreditə olunmuş xarici ölkə səfirləri və diplomatik korpus nümayəndələri, yerli KİV təmsilçiləri və QHT-lərin iştirakı ilə keçirilmiş tədbirdə ilk olaraq, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ardınca Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbov Xocalı soyqırımı və erməni təcavüzünün tarixi haqda tədbir iştirakçılarına məlumat verib. O, Xocalıdakı qətliamın XX əsrdə mülki əhaliyə qarşı törədilmiş ənqəddar cinayətlərdən biri olduğunu vurğulayıb, bu faciəyə beynəlxalq səviyyədə ədalətli hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini qeyd edib.

Səfir bu xüsusda bir çox dünya ölkələrinin parlamentləri, o cümlədən Meksika Konqresinin hər iki palatası tərəfindən Xocalı soyqırımını pisləyən sənədlərin qəbul edildiyini söyləyib. M.Talıbov bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Meksika tərəfinə təşəkkürünü ifadə edib.

Sonra Meksika Deputatlar Palatasındakı Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Migen Anxel Navarrete və millət vəkili Susana Prieto çıxış ediblər. Natiqlər Xocalıda həlak olmuş soydaşlarımızla bağlı Azərbaycan xalqına başsağlığı ifadə edib, bu faciə haqda Meksika və dünya ictimaiyyətinin məlumatlandırılması üçün daim çalışacaqlarını bildiriblər.

Tədbirdə səfirlik adından “Xocalı soyqırımı” abidəsi önünə əklil qoyulub, abidəni ziyarət edən iştirakçılar tərəfindən gül dəstələri düzülüb və qonaqlara qanlı faciənin tarixindən bəhs edən bröşür və materiallar təqdim olunub.

Mission News Theme by Compete Themes.