Son yeniləmə: 24 Fevral 2022 11:50
Bayraqdar.info – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İsveç Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kristian Kamil arasında görüş keçirilib.
Bu barədə bayraqdarə.info-ya KOBİA-dan məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və İsveç arasında KOB sahəsində əməkdaşlıq imkanları və biznes qurumları arasında əlaqələrin genişləndirilməsi üçün birgə təşəbbüslərə dair fikir mübadiləsi aparılıb.
Həmçinin Agentlik tərəfindən sahibkarlara göstərilən dəstək və xidmətlər barədə məlumat verilib.