Son yeniləmə: 24 Fevral 2022 09:53
Cavid Aydın: Bu məqsədlə fevral ayı ərzində müxtəlif QHT və qurumlara zəyarətlər edilib
Bayraqdar.info – Eskişehir Azərbaycanlılar Dərnəyinin İdarə Heyəti tərəfindən fevral ayından etibarən əməkdaşlığın genişləndirilməsi, Azərbaycan həqiqətlərinin və mədəniyyətinin təbliği istiqamətində birgə işlərin aparılması məqsədilə müxtəlif QHT və qurumlara zəyarətlər edilib.
Bu barədə bayraqdar.info-ya fevralın 24-də Dərnəyin sədri Cavid Aydın məlumat verib.
Bildirilib ki, əvvəlcə Turan Təşkilatının Baş Qərargahı ziyarət edilib. Ziyarət zamanı Turan Təşkilatının sədri Neslihan Yürüksoya dərnək adından hədiyyə təqdim edilib.
Daha sonra, Eskişehirin önəmli və köklü qeyri-hökumət təşkilatlarından biri olan Eskişehir Krım Türkləri Kültür, Yardım və İdman Klubu Dərnəyinə ziyarət edilib.
İraq Türkləri Mədəniyyət və Yardım Dərnəyinə ziyarət çərçivəsində, türk dünyasının sahıb çıxmalı olduğu İraq türklüyünün Vətən mübarizəsi haqqında onlardan bilgi alınıb.
Qeyd edilib ki, bu kontekstdə həmçinin yeni fəaliyyətə başlayan Rumeli Balkan Mədəniyyət və Həmrəylik Dərnəyi, ESKENT-Eskişehir Şəhər Mədəniyyət Təhsil, Sosial Yardım və Həmrəylik Dərnəyi, Eskişehir Kızılelma Turan Dərnəyi də ziyarət edilib. Görüşlər zamanı əvvəl də əlaqələrin olduğu QHT təşkilatları ilə əməkdaşlıqların daha da artırılmasına dair razılıqlar əldə edilib.
C.Aydın daha sonra deyib: “Bundan başqa Milliyyətçi Hərəkat Partiyasının şəhər üzrə sədri İsmail Candemirə başsağlığı ziyarəti əsnasında Dərnəyin fəaliyyəti və nəzərdə tutulan tədbirlərdən söz açıldı. Sədr isə öz növbəsində qardaş ölkə olan Azərbaycanın hər zaman onların qəlbində xüsusi yer tutduğunu bildirdi. 44 günlük şanlı zəfər barəsində söhbət açdıqdan, sonra Dərnəyin fəaliyyətindən məmnunluğunu ifadə etdi”.
“Onu da qeyd edim ki, 18-ci Ümumi Qurultayin nəticəsi olaraq, yenidən Eskişehir Türk Ocağının sədri seçilən Prof. Dr. Nedim Ünal bəylə da görüşdük. Görüşdə N.Ünala Eskişehir Azərbaycanlılar Dərnəyi İdarə Heyəti olaraq 24 sentyabrda keçirilən “Zəfər Qardaşlığı” tədbirində uyğun görülən plaket və “Üç Çizgi” jurnalı təqdim edildi”.
Dərnək sədri qeyd edib ki, bu görüşlərin digər bir məqsədi də Xocalı soyqırımı həqiqətlərini bir daha çatdırmaq olub: “Bidlirim ki, bununla bağlı olaraq fevralın 24-də EsTv-də yayımlanan Üç Çizgi televiziya proqramımızda Eskişehir Azərbaycanlılar Dərnəyinin sədr müavini Sirac Yaquboğlu ilə “Dinməyən fəryad – Xocalı Soyqırımı” mövzusunda danışılacaq. “Xocalıya Ədalət” devizi altında “Xocalı soyqırımı” haqqında tədbirlər çərçivəsində fevralın 27-də Eskişehir Azərbaycanlılar Dərnəyi və Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF) birgə təşkilatçılığı ilə “Dinməyən fəryad: Xocalı soyqırımı” başlıqlı panel həyata keçiriləcək”.