Press "Enter" to skip to content

DYP “Qarabağ” – “Marsel” oyunu ilə bağlı vətəndaşlara müraciət edib

DYP

Son yeniləmə: 24 Fevral 2022 10:05

Bayraqdar.info – Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi “Qarabağ”ın Bakıda Fransa “Marsel”inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarədən bayraqdar.info-ya bildirilib ki, Tofiq Bəhramov adına stadionda baş tutacaq oyunu izləməyə gələn azarkeşlərdən şəxsi avtomobillərdən mümkün qədər istifadə etməmələri xahiş olunur.

“Azarkeşlərin və digər hərəkət iştirakçılarının rahat hərəkətinin təşkili və təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbirlər görülüb: “Qarabağ və “Marsel” komandalarının Tofiq Bəhramov adına stadionda saat 21:45-də keçirilməsi nəzərdə tutulan oyuna gələn və həmin ərazidən istifadə edən şəxslərin hərəkətinin təhlükəsizliyini və fasiləsizliyini təmin etmək məqsədilə tövsiyələrə diqqət etmələri xahiş olunur.

“Belə ki, azarkeşlərdən stadiona yaxın yəni Əhməd bəy Ağaoğlu, Fətəli Xan Xoyski və Aşıq Alı küçələri istiqamətində şəxsi minik nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etmələri rica olunur. Əsasən ictimai nəqliyyata üstünlük vermələri arzuolunandır”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.