Son yeniləmə: 24 Fevral 2022 14:15
Bayraqdar.info – Azərbaycan Hava Yolları” aviaşirkəti (AZAL) Bakı-Moskva sərnişin reysini həyata keçirən təyyarələrin uçuş marşrutunu dəyişib.⠀
AZAL-dan fevralın 24-də bayraqdar.info-ya verilən xəbərdə bildirilib ki, sözügedən qərar NOTAM Rusiya hava məkanının müəyyən hissələrində mülki təyyarələrin uçuşlarının məhdudlaşdırılması ilə bağlıdır.
“Aviaşirkət Bakı-Moskva-Bakı reysini Qazaxıstan ərazisindən keçməklə yerinə yetirəcək ki, bu da uçuş vaxtının artmasına səbəb olacaq. Uçuşun təxmini vaxtı 3 saat 20 dəqiqə təşkil edəcək”, – deyə xəbərdə qeyd edilir.