Press "Enter" to skip to content

Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatı başa çatıb

Formula-1

Son yeniləmə: 24 Fevral 2022 16:02

Bayraqdar.info – Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) tərkibində fəaliyyət göstərən Bakı Marşal Klubu (BMK) “Formula -1” üzrə Azərbaycan Qran Prisi üçün marşal qeydiyyat proqramını başa vurub.

BŞH-dan bayraqdar.info-ya verilən məlumata görə, yanvarın 10-dan etibarən başlayan seçimlərdə 3 minə yaxın şəxs qeydiyyatdan keçib.

“Müsahibə mərhələsi isə fevralın 20-də yekunlaşıb. Artıq 440-a yaxın namizəd müsahibə mərhələsinə qatılıb. Müraciətlər arasında yerli namizədlərin sayi 2 min 300-ə çatıb, onlardan 950-si əvvəlki yarışlarda iştirak etmiş marşallardır. Xarici ölkələrdən 360 müraciət daxil olub.

“Martdan etibarən marşalların təlimlərinə start veriləcək. Təlimlər hər şənbə və bazar günləri Avropa Oyunları Parkında yerləşən Marşal tədris-təlim mərkəzində baş tutacaq. Bu prosesin iyunadək davam etməsi nəzərdə tutulur.

“Azərbaycan Qran-prisi üçün marşal fəaliyyətini uğurla başa çatdırmış şəxslərə Azərbaycan Avtomobil Federasiyası və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) beynəlxalq lisenziyası təqdim olunacaq. Beynəlxalq lisenziya marşallara, yalnız Azərbaycanda deyil, həmçinin “Formula 1” Qran-prisinə ev sahibliyi edən digər ölkələrdə keçiriləcək yarışlara qatılmaq hüququ verəcək.

“Qeyd edək ki, “Formula-1″ mövsümünə martın 20-də Bəhreyndə keçiriləcək. 10 – 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.