Press "Enter" to skip to content

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi

Son yeniləmə: 24 Fevral 2022 09:30

Bayraqdafr.info – Fevralın 23-ü saat 20:30-dan 20:55-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu istiqamətində yerləşən mövqelərindən Laçın rayonunun Əhmədli yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır. Bu barədə fevralın 24-də Müdafiə Nazirliyindən bayraqdar.info-ya bildirilib.

Mission News Theme by Compete Themes.