Press "Enter" to skip to content

ABŞ Rusiyanın Ukraynaya təcavüzünə dualarla cavab verir

Cozef Bayden

Bayraqdar.info – ABŞ Prezidenti Cozef Bayden fevralın 24-ü səhər erkəndən Rusiyanın Ukraynaya geniş miqyaslı hərbi təcavüzünü qınayan bəyanat yayıb.

Prezidentin sosial media hesablarında da yayımlanan bəyanatda deyilir: “Bütün dünyanın duaları bu gecə Rusiya hərbi qüvvələrinin səbəbsiz və əsassız hücumuna məruz qalmış Ukrayna xalqı ilədir. Prezident Putin fəlakətli həyat itkisi və insan iztirabları gətirəcək əvvəlcədən düşünülmüş müharibə yolunu seçdi. Bu hücumun gətirəcəyi ölüm və dağıntılara görə yalnız Rusiya məsuliyyət daşıyır; ABŞ, onun müttəfiqləri və tərəfdaşları buna birlikdə qəti cavab verəcəklər. Dünya Rusiyanı cavabdeh tutacaq”.

Bəyanatda daha sonra qeyd edilir: “Mən bu axşam Ağ Evdən vəziyyəti izləyəcəyəm və milli təhlükəsizlik komandamdan müntəzəm olaraq yeniliklər almağa davam edəcəyəm. Sabah səhər mən G7 ölkələrindən olan həmkarlarımla görüşərək Birləşmiş Ştatlar, bizim müttəfiqlərimiz və tərəfdaşlarımız tərəfindən Ukrayna, qlobal sülh və təhlükəsizlik əleyhinə bu lazımsız təcavüz aktına görə Rusiyaya qarşı tətbiq ediləcək növbəti tədibirləri Amerika xalqına müraciət edərək elan edəcəyəm. Biz həmçinin Alyansa qarşı istənilən təcavüzdən çəkindirən güclü, vahid cavabı təmin etmək üçün NATO müttəfiqlərimizlə əlaqələndirmə aparacağıq. Bu gecə Jill və mən Ukraynanın cəsur və qürurlu xalqı üçün dua edirik”.

Göründüyü kimi, ABŞ demokratiya havasına havalandırdığı Ukraynanı təcavüzkar Rusiya qarşısında yalnız dualarla müdafiə etmək fikrindədir. Bu isə düşünmək üçün çox ciddi mövzudur…

Mission News Theme by Compete Themes.