Son yeniləmə: 24 Fevral 2022 17:09
Bayraqdar.info – Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyası 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə fevralın 27-də idman jurnalistləri arasında şahmat yarışı təşkil edəcək.
Federasiyanın mətbuat xidmətindən bayraqdar.info-ya bildiriblər ki, “İdman birləşdirir” şüarı altında keçiriləcək yarış 9 turdan ibarət olacaq. Turnirin reqlamentinə əsasən, hər oyuna 5 dəqiqə vaxt ayrılacaq və hər gediş üçün 3 saniyə əlavə ediləcək. Doqquz turdan sonra ilk üç yeri tutan iştirakçılara diplom, pul mükafatları və qiymətli hədiyyələr təqdim olunacaq.