Son yeniləmə: 23 Fevral 2022 13:06
Bayraqdar.info – Xocalı soyqırımının 30-cu ildönüm ilə bağlı Azərbaycanda və ölkə xaricində silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də qardaş Türkiyənin Giresun şəhərində keçiriləcək.
Bu barədə bayraqdar.info-ya fevralın 23-də Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç məlumat verib.
Qeyd edilib ki, Giresun Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə keçiriləcək anım tədbiri fevralın 26-da Giresun Universitetinin Şəhid Ömer Halisdemir konfrans salonunda olacaq. Giresun Universitetinin öğretim üyesi, Prof. Dr. Betül Karagözün moderatorluğu ilə keçiriləcək anım tədbirininin iştirakçıları öncə faciədən bəhs edən fotosərgi ilə tanış olacaqlar.
Sonra məruzələrlə davam edəcək tədbirdə Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, Bayburt Universitetinin öğretim üyesi, Doç. Dr Ramin Sadık, Burdur Mehmet Akif Univeristetinin öğretim üyesi Doç.Dr. Esma Özdaşlı çıxış edəcəklər.
Daha sonra Xocalı soyqırımından bəhs edən qısa film nümayiş etdiriləcək.