Press "Enter" to skip to content

Xocalı dəhşətləri Kolumbiya mətbuatında

Bayraqdar.info – Kolumbiyanın nüfuzlu rəqəmsal mətbu orqanlarından olan La Otra CaraOla Politica qəzetlərində Xocalı dəhşətlərindən bəhs edilib. Belə ki, həmin qəzetlərdə tanınmış jurnalist Roberto Trobaxonun Xocalı sıyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı üçün ürəklərin fəryadı” başlıqlı məqaləsi dərc olunub.

Bu barədə bayraqdar.info-ya fevralın 23-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirlilib ki, yazıda 1992-ci il 26 fevral tarixində Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən mülki həaliyə qarşı tarixdə misli görünməmiş xüsusi vəhşiliklə qətliam törədildiyi qeyd edilib. Həmçinin, bu zaman arasında qadınlar, uşaqlar və yaşlılar da olmaqla yüzlərlə günahsız insanın öldürüldüyü, əsir götürüldüyü, ağır işgəncələrə məruz qoyulduğu və itkin düşdüyü məlumat verilib.

Müəllif insanlıq tarixinə ləkə salan və üzərindən 30 il müddət keçməsinə rəğmən insanların ürəyində silinməz iz qoymuş bu dəhşətli cinayətin uzun müddət erməni liderləri tərəfindən riyakarcasına təkzib edildiyini, ancaq dünya ictimaiyyətinin bu hadisəni əsla unutmamalı və qətiyyən bu cinayətə biganə qalmamalı olduğunu bildirir.

Məqalədə həmçinin, Azərbaycan xalqına qarşı həyata keçirilən etnik təmizləmə siyasətinin ən ağrılı təzahürlərindən biri olan Xocalı soyqırımı zamanı erməni silahlılarının törətdiyi amansızlıqların 1949-cu il Cenevrə Konvensiyası və digər beynəlxalq insan hüquqları paktlarını kobud şəkildə pozmaqla yanaşı, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən də insanlıq əleyhinə cinayət kimi qiymətləndirildiyi, habelə bir sıra ölkələrin parlamentləri tərəfindən qəbul edilmiş sənədlərdə də soyqırımı kimi tanındığı qeyd olunur.

Sonda müəllif beynəlxalq ictimaiyyətə müraciət edərək Xocalı soyqırımı günahkarlarının, orada kütləvi insan qətliamı törətmiş erməni cinayətkarlarının öz layiqli cəzalarını almaları naminə daha qətiyyətli və tələbkar davranmağa çağırış edir.

Mission News Theme by Compete Themes.