Press "Enter" to skip to content

Suvarma mövsümünə hazırlıqla bağlı videokonfrans

Son yeniləmə: 23 Fevral 2022 14:25

Bayraqdar.info – “2021-ci ilin maliyyə-təsərrüfat fəaliyyətinin yekunları, cari ildə qarşıya qoyulmuş vəzifələrin icrası və suvarma mövsümünə hazırlıqla bağlı videokonfrans keçirilib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun sədrliyi ilə keçirilən videokonfransda quruun məsul işçiləri və tabeli idarələrin rəhbərləri iştirak edib.

Bu barədə bayraqdar.info-ya fevralın 23-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat Dilqəm Şərifov bildirib.

Onun sözlərinə görə, konfransda ötən ilin yekunları ətraflı müzakirə edilib: “Kəskin su qıtlığına baxmayaraq Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə yaradılan Su Komissiyasiyasının rəhbərliyi və aidiyyəti qurumların iştirakı ilə su ehtiyatlarının idarə edilməsi sayəsində su anbarlarında müəyyən qədər artıq suyun toplanmasına nail olunduğu və həyata keçirilmiş tədbirlər nəticəsində əkin sahələrinin əsasən suvarma suyu ilə təmin edildiyi qeyd olunub.

Z.Mikayılov şıxışında bir şox məqamlara toxunub. O, Prezident tərəfindən meliorasiya və su təsərrüfatı ilə bağlı qarşıya qoyulmuş vəzifələrin və tapşırıqların icrası, su itkisinin qarşısının alınması, sudan səmərəli və qənaətlə istifadə edilməsi, su bölgüsünün ədalətli aparılması,suvarma mövsümünə hazırlıq işlərinin sürətlənməsivə istismar tədbirlərinə ayrılmış vəsaitdən təyinatı üzrə və effektiv istifadə edilməsi ilə əlaqədar konkret tapşırıqlar verib. Həmçinin qurumun fəaliyyət istiqamətləri müəyyənləşdirilib.

Mission News Theme by Compete Themes.