Son yeniləmə: 23 Fevral 2022 17:36
Bayraqdar.info – Xəbər verildiyi kimi fevralın 21-də Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni parlamentinin ikinci iclası keçirilib. Bu iclasda yeni parlamentn spikeri seçilməlim idi.
Lakin həmin seçki səbəb göstərilmədən təxirə salınıb. Bununla bağlı məlumatda qeyd edilir ki, spikerin fevralın 25-də keçiriləcək üçüncü iclasda baş tuta bilər.
Onu da vurğulayaq ki, konstitusiyaya əsasən spiker seçilənə qədər parlament iclaslarına ən yaşlı millət vəkili sədrlik etməlidir. Bu baxımdan iki iclasa Ünal Üstel rəhbərlik edib. Amma üçüncü iclasa o, deyil, digər ən yaşlı millət vəkili Zorlu Törə sədrlik edəcək. Buna səbəb isə artıq Ü.Üstelin yeni hökumətdə daxili işlər naziri postuna təyin olunmasıdır.
Seçkilərin təxirə salınmasına səbəb isə böyük ehtimalla UBP daxilində uzlaşma arayşlarıdır. Yəni hökumət düşə bilməyən partiyadaxili qruplar arasınd ayeni spikerin kimliyi ilə bağlı ümumi razılığın əldə edilməsi vacibdir.