Türkiyə Cümhurbaşqanı Azərbaycan və Rusiya prezidentləri ilə Ukrayna məsələsini müzakirə edib
Bayraqdar.info –Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan fevralın 23-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb.
Milliyet xəbər verir ki, Cumhurbaşqanlığı İletişim Başkanlığından verilən açıqlamada telefon danışığı zamanı Türkiyə-Azərbaycan əməkdaşlığı, Ermənistanla əlaqələr və Rusiya-Ukrayna böhranı başda olmaqla bir sıra məsələlər müzakirə edilib.
Cumhurbaşkanı @RTErdogan ve Azerbaycan Cumhurbaşkanı Aliyev, görüşmede, ikili ilişkiler ve bölgesel meselelerde eş güdüm içinde hareket etme kararlılıklarını teyit etti.
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) February 23, 2022
İki qardaş ölkənin rəhbərləri telefon danşığı zamanı ikitərəfli münasibətlər və regional məsələlərdə koordinasiyalı hərəkət etmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.
Fevralın 23-də Recep Tayyip Erdoğanın Rusiya Prezidenti Vladimir Putinlə də telefon danışığı olub. Bununla bağlı məlumatda qeyd edilir ki, danışıq zamanı Rusiya-Ukrayna problemi müzakirə edilib. R.T.Erdoğan Rusiya Prezidenti V.Putinlə regional məsələlərdə qurduğu yaxın dialoqa hər zaman böyük əhəmiyyət verdiyini, bunun müsbət nəticələrini gördüklərini və bu anlaşmanı davam etdirmək əzmində olduğunu bildirib.
Türkiyə Cümhurbaşqanı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə qarşı atılan addımları tanımadıqlarını və bunun prinsipial bir mövqe olduğunu qeyd edib. R.T.Erdoğan Minsk razılaşmaları əsasında bir nəticəyə gəlməyin vacib olduğunu dilə gətirib.
Problemin daha da mürəkkəbləşməsinin, xüsusilə də hərbi qarşıdurmanın heç kimə fayda verməyəcəyini vurğulayan R.T.Erdoğan bu anlayışla diplomatik təmas və danışıqların davam etdirilməsinə önəm verdiklərini deyib. O, bəyan edib ki, dünən olduğu kimi, bu gün də Türkiyə gərginliyin azaldılması və sülhün qorunması üçün üzərinə düşəni etməyə hazırdır.
Cumhurbaşkanı @RTErdogan, Rusya Devlet Başkanı Vladimir Putin ile bir telefon görüşmesi gerçekleştirdi.
Cumhurbaşkanı Erdoğan, Türkiye’nin gerginliğin azaltılması ve barışın korunması için üzerine düşeni yapmaya hazır olduğunu belirtti. pic.twitter.com/20Yy5CK3Lv
— T.C. Cumhurbaşkanlığı (@tcbestepe) February 23, 2022
Türkiyə Cümhiurbaşqanı 2020-ci ilin sentyabrında Soçiyə səfəri zamanı razılaşdırıldığı kimi, Rusiya Prezidentinin Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısı üçün ən qısa zamanda Türkiyəyə səfərini gözlədiyini bildirib.