Press "Enter" to skip to content

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Müdafiə Nazirliyi

Bayraqdar.info – “Fevralın 23-ü saat 03:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini heç bir səbəb olmadan atıcı silahlardan istifadə etməklə atəşə tutub.

“Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub”. Məlumatı fevralın 23-də bayraqdar.info-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən veriblər.

Mission News Theme by Compete Themes.