Press "Enter" to skip to content

ABŞ-ın üç şəhərində 26 fevral “Xocalının Anım Günü” elan edilib

Son yeniləmə: 23 Fevral 2022 13:17

Bayraqdar.info – Apeks, Darem və Fayetvill şəhərlərində və dünyada yaşayan Azərbaycan icması hər il 26 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsini dərin hüzn və kədər hissi ilə yad edir.

Bu sözlər Mitç Kolvin, Eleyn M. O’Nil və Jak Qilbertin imzaldıqları bəyannamələrdə öz əksini tapıb.

Bu barədə bayraqdar.info-ya fevralın 23-də Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda deyilir ki, ABŞ-ın Şimali Karolina ştatının Fayetvill, Darem və Apeks şəhər merləri 26 fevral tarixini “Xocalının Anım Günü” kimi tanıyıb.

Bununla bağlı sənədlərdə həmçinin Azərbaycan dilinin, mədəniyyətinin, tarixinin və mədəni irsinin bu şəhərlərdəki təbliğinə Azərbaycan Dostluq Təşkilatının öz töhfəsini verdiyinə diqqət cəlb edilib.

Qeyd edilib ki, bəyannamələr Azərbaycan Dostluq Təşkilatının rəhbəri Adika İqbalın təşəbbüsü ilə qəbul edilib.

Mission News Theme by Compete Themes.