Press "Enter" to skip to content

Yığma Avropa çempionatının hazırlığında

Boks hazırlığı

Son yeniləmə: 22 Fevral 2022 18:24

Bayraqdar.info – 22 yaşadək boksçulardan ibarət Azərbaycan millisinin növbəti təlim-məşq toplanışına başlanılıb. Əsas yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında bir araya gələn komanda hazırlığı Bakı Boks Mərkəzində keçir.

Azərbaycan Boks Federasiyasından bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, gündə 2 dəfə məşq edən komandanın düşərgəsinə 10-dək boksçu dəvət olunub. Bir gün öncə başlayan toplanış 2 həftə davam edəcək. Boksçular xüsusi fiziki və taktiki hazırlıq üzərində çalışacaqlar.

Federasiyadan qeyd edilib ki, təlim-məşq toplanışı martın 11-24-də Xorvatiyanın Poreç şəhərində keçiriləcək U-22-lər arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Mission News Theme by Compete Themes.