Press "Enter" to skip to content

Xocalı soyqırımına xüsusi dərslər

Xocalıya xüsusi dərslər

Son yeniləmə: 22 Fevral 2022 11:30

Bayraqdar.info – 25-26 fevral tarixlərində təhsil müəssisələrində Xocalı soyqırımına həsr edilən xüsusi dərslər keçiriləcək.

Bu barədə fevralın 22-də bayraqdar.info-ya Təhsil Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, bu, Nazirliyin “Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı Tədbirlər Planı”nda qeyd edilib.

“Tədbirlər Planına uyğun olaraq, ümumi təhsil müəssisələrində karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiyaların, şagirdlərin əl işlərindən ibarət rəsm sərgilərinin təşkili, sənədli və bədii filmlərin nümayişi nəzərdə tutulur.

“Həmçinin Bakı Dövlət Universiteti, ADA Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetində Xocalı soyqırımının ildönümünə həsr olunan beynəlxalq tədbirlərin təşkili planlaşdırılıb”,  deyə məlumatda bildirilir.

Mission News Theme by Compete Themes.