Bayraqdar.info – Fevralın 21-də Rusiyanın Ukraynadakı bölücü bölgələr olan Donetsk və Luhanskdakı qondarma qurumları dövlət kimi tanıması bütün dünyada ciddi təpkilərə yol açıb. Məsələyə ABŞ başda olmaqla ən öndə gələn dövlətlər ən sərt şəkildə münasibət bildirib, Rusiyanın əməlini işğal kimi dəyərləndirib.
Qardaş Türkiyə dövləti də öz növbəsində Rusiyanın bu əməlini qəbuledilməz kimi dəyərləndirərək qəti mövqedən çıxış edib.
Türkiyə Xarici İşlər Nazirliyinin fevralın 22-də yaydığı qısa açıqlamada deyilir: “Rusiya Federasiyasının sözdə Donetsk və Luhansk cümhuriyyətlərini tanıma qərarı Minsk Anlaşmalarına zidd olduğu kimi, Ukraynanın siyasi birliyinin, suverenliyinin və torpaq bütünlüyünün açıq pozulması anlamına gəlməkdədir.
“Rusiyanın sözü gedən qərarını qəbul edilməz sayır və rədd edirik.
“Bu münasibətlə Ukraynanın siyasi birliyinin və torpaq bütünlüyünün qorunmasına bağlılığımızı vurgulayır, bütün ilgili tərəflərə sağduyu və uluslararası hüquqa riayət çağrısı yapırıq”.
[…] Türkiyədən Ukraynayla bağlı Rusiyaya sərt təpki […]