Son yeniləmə: 22 Fevral 2022 11:24
Bayraqdar.info – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin paylanması prosesi ötən həftə də davam edib.
Bu barədə bayraqdar.info-ya fevralın 22-də ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, həftə ərzində paytaxt və regionlarda daha 406 işsiz və işaxtaran şəxsə mal və materiallar formasında aktivlər təqdim edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
Onların mühüm hissəsini şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları təşkil edir. Bu ilin əvvəlindən proqram çərçivəsində ümumilikdə 1200-dək işsiz və işaxtaran şəxsə aktivlər təqdim edilib.