Press "Enter" to skip to content

Recep Tayyip Erdoğan: Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik

Recep Tayyip Erdoğan

Son yeniləmə: 22 Fevral 2022 21:12

Bayraqdar.info – Demokratik Konqo Respublikasından Senaqala gedən Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.

Milliyet xəbər verir ki, Rusiyanın Ukrayna ilə bağlı son addımına münasibət bildirən R.T.Erdoğan Rusiyanın bu qərarının qəbuledilməz olduğunu deyib.

Baş verənlərə görə Qərbi də günahlandıran Türkiyə Cümhurbaşqanı Türkiyənin problemə yanaşmasında əvvəldən etibarən heç bir dəyişikliyin olmadığını deyib: “Xarici İşlər Nazirliyimizin son hadisələrlə bağlı verdiyi açıqlamada Rusiyanın qondarma Donetsk və Luqansk respublikalarını tanıma qərarının Minsk razılaşmalarına zidd olduğu bildirilib. Bu qərarın Ukraynanın siyasi birliyinin, suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması olduğu vurğulanıb. Biz Rusiyanın bu qərarını qəbuledilməz hesab edirik. Biz sağlam düşüncəyə və beynəlxalq hüquqa riayət etməyə çağırışımızı bir daha təkrar edirik”.

Türkiyədən Ukraynayla bağlı Rusiyaya sərt təpki

 

Mission News Theme by Compete Themes.