Press "Enter" to skip to content

Muay-tay üzrə Azərbaycan komandasından 12 medal

Muay-tay idmançıları

Son yeniləmə: 22 Fevral 2022 09:36

Bayraqdar.info – İstanbulda keçirilən Avropa birinciliyində muay-tay üzrə Azərbaycan komandası uğurla çıxış edərək 12 medal qazanıb.

Gənclər və İdman Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, müxtəlif yaş qruplarında oğlanlar arasında İzzət Həsənov (51 kq), Arif Əliyev (60 kq), Xəyal Əliyev (60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Komandanın digər üzvləri Rəvan Qasımov (+71 kq), Murad Mehrəliyev (91 kq), Rəvan Ağazadə (67 kq) ikinci, Zaur Quluzadə (56 kq), Natiq Əliyev (42 kq), Amin Əlili (51 kq), Nihad Şoranov (45 kq), Murad Malıyev (52 kq) üçüncü pillələrə sahib olublar.

“Qızların yarışında isə Emili Rzayeva (67 kq) Avropa birinciliyinin qalibi olub.

“İdmançılar qitə birinciliyində Azərbaycan Muay-tay Federasiyasının prezidenti Azər Həsənsoy, yığma komandanın baş məşqçisi Fəxri Əliyev, məşqçilər Mürsəli Yekibaşov və Elçin Eminovun rəhbərliyi ilə mübarizə aparıblar”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.