Son yeniləmə: 22 Fevral 2022 17:39
Bayraqdar.info – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qurumun fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırmasını təmin etmək məqsədilə kompleks tədbirlərini davam etdirir.
Bu barədə bayraqdar.info-ya Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, fevralın 22-dən etibarən Dövlət Xidmətinin rəsmi internet səhifəsində Xidmət tərəfindən baxılması nəzərdə tutulan antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işlərin cədvəli yerləşdirilib.
İstənilən şəxs keçid vasitəsilə ərizə verən və haqqında iş qaldırılan bazar subyekti, qanun pozuntusu əlamətləri, işə baxılmanın təyin edildiyi vaxt, yer və baxılan işin statusu barədə məlumat əldə edə bilər.
Qeyd edək ki, cədvəldə təqdim olunan məlumatlar mütəmadi olaraq yenilənəcək.