Son yeniləmə: 22 Fevral 2022 18:35
Bayraqdar.info – Rusiya Federasiyasında rəsmi səfərdə olan Prezident İlham Əliyev fevralın 22-də Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib.
Prezidentin Mətbuat xidmətinin fevralın 22-də yaydğı məlumatda İ.Əliyev Rusiya paytaxtında Kremlin divarı yanındakı Aleksandr bağına gedib. Prezident naməlum əsgərin məzarını ziyarət edərək əbədi məşəl önünə əklil qoyub.
“Daha sonra Azərbaycanın dövlət himni səsləndirilib və fəxri qarovul dəstəsinin keçidi olub”, – deyə məlumatda bildirilir.