Son yeniləmə: 22 Fevral 2022 09:25
Bayraqdar.info – Fevralın 21-də gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” minifutbol meydançaları kompleksində Azərbaycan Minifutbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bayraqdar.info-ya verilən xəbərdə bildirilir ki, Federasiyanın infrastrukturu ilə tanış olan F.Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.
“Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxtadək görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər”, – deyə xəbərdə qeyd edilib.