Press "Enter" to skip to content

Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında bank sektorunun rolu

Son yeniləmə: 22 Fevral 2022 11:31

Bayraqdar.info – Azərbaycanın Rusiya ilə əlaqələri uğurlu inkişaf edir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbovla görüşdə deyib.
Bu barədə bayraqdar.info-ya fevralın 22-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir iqtisadiyyatın iqtisadi potensialın daha geniş reallaşdırılması, ticarət və investisiya əlaqələrinin gücləndirilməsi baxımından maliyyə tərəfdaşlığının önəmini vurğulayıb. M.Cabbarov qeyd edib ki, Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, həmçinin işğaldan azad edilmiş torpaqlarımızın böyük iqtisadi potensialı regional əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradır.
İqtisadiyyat naziri Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığında bank sektorunun rolunu qeyd edib.

O, həmçinin “Roseximbank”la əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

“Roseximbank”ın İdarə Heyətinin sədri Azər Talıbovrusiyalı sahibkarların Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda marağını ifadə edib. O, iş birliyinin iqtisadi əməkdaşlığa, biznesin canlanmasına, yeni müəssisələrin və iş yerlərinin açılmasına töhfə verəcəyini vurğulayıb.

Görüşdə Rusiya şirkətlərinin Azərbaycana növbəti işgüzar missiyalarının təşkili, həmçininRusiya şirkətlərinin işğaldan azad olunmuş ərazilərimizin bərpası,enerji, dəmir yolu, əczaçılıq layihələrindəiştirakı və qarşılıqlı maraq doğurandigər məsələlər müzakirə olunub.

Mission News Theme by Compete Themes.