Son yeniləmə: 22 Fevral 2022 14:41
Bayraqdar.info – AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
Bu barədə fevralın 22-də bayraqdar.info-ya AMEA-dan bildirilib. İclası institutun baş direktoru tarix elmləri doktoru, professor Abbas Seyidov açaraq gündəlikdəki məsələlərlə bağlı məlumat verib.
“Sonra AMEA-nın müxbir üzvü İdeal Nərimanovun 95 illik yubileyi ilə əlaqədar keçirilən elmi konfransın və “Şuşa 270: arxeologiyası, tarixi, etnoqrafiyası və antropologiyası” Respublika elmi konfransının materiallarının toplanması və çap olunması qərara alınıb.
“İclasda abidələrin qeydiyyatı ilə əlaqədar arxeoloqların bölgələrə ezam olunması məsələsi müzakirə edilib. Bildirilib ki, qeydiyyat işləri abidələrin dövrü, GPS koordinatları, beynəlxalq və yerli əhəmiyyəti qeyd olunmaqla aparılmalıdır. Mövzular ətrafında Elmi şuranın üzvləri çıxış ediblər. Sonda bir sıra cari məsələlərə baxılıb”, – deyə xəbərdə bildirilir.