Son yeniləmə: 21 Fevral 2022 23:53
KKTC-nin 26-cı hökumətinin tərkibi bəllidir
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin yeni hökumətinin tərkibi bəllidir. Cümhurbaşqanı yeni kabineti təsdqiləyib.
Növbəti mərhələdə söz parlamentindir.
Qeyd edək ki, gözlənildiyi kimi yeni hökumətdə 10 nazirlik var. Onlardan 8-nə UBP, 1-nə DP, 1-nə isə YDP rəhbərlik edəcək.
Beləliklə, yeni kabinetin tərkibi belədir:
Baş nazir Fazi Sucuoğlu
İqtisadiyyat və enerji naziri Kutlu Evren
Xarici işlər naziri Hasan Tasoy
Daxili işlər naziri Ünal Üstel
Maliyyə naziri Sunat Atun
Milli təhsil və mədəniyyət naziri Nazım Çavuşoğlu
Kənd təsərrüfatı və təbii sərvətlər naziri Dursun Oğuz
İctimai işlər və nəqliyyat naziri Erhan Arıklı
Səhiyyə naziri Ali Pilli
Turizm və ətraf mühit naziri Fikri Ataoğlu
Əmək və sosial müdafiə naziri Oğuzhan Hasipoğlu
Göründüyü kimi keçən hökumətdən fərqli olaraq bu hökumətin tərkibində qadın nazir yoxdu. Bundan öncə ictimai işlər və nəqliyyat naziri olan, KKTC-nin keçmiş Cümhurbaşqanı, həmçinin UBP-nin qurucularından Derviş Eroğlunun qızı Resmiye Canaltay yeni kabinetdə yer almayıb. Halbuki onun kabinetdə təmsil olunacağı şübhə doğurmurdu.
Eyni zamanda, Tahsin Ertuğruloğlu da xarici işlər naziri postunu qoruya bilməyib. Ümumiyyətlə, bu hökumətdə UBP-də yeni simalar önə çıxıb.
[…] Yeni hökumətdə yeni simalar […]