Press "Enter" to skip to content

Türkiyə Bursları və “Baykar”dan ortaq burs proqramı

Son yeniləmə: 21 Fevral 2022 10:43

Bayraqdar.info – Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) ənənəvi olaraq hər il elan etdiyi Türkiyə Bursları proqramına müraciət edən gənclərə daha bir şans verilir. Belə ki, 2022-2023-cü akademik ilində bakalavr və magistr səviyyələrində ümumilikdə 300 gənc aviasiya, texnologiya, həmçinin kosmos sahəsində burs qazana bilərlər.

Bu imkan YTB-nin Türkiyə Bursları proqramı ilə Baykar Teknolojinin birgə əməkdaşlığı nəticəsində təmin ediləcək.

Bununla bağlı YTB-nin Twitter hesabında paylaşım edilib.

Həmin paylaşımda qeyd edilib ki, Türkiyə Bursları proqramına ümumi müraciət müddətində müracət edən namizədlərdən uğurlu olanlar içərisindən bir hissəsi (yəni ümumilikdə 300 nəfər) bu proqrama daxil ediləcək. Onlar üçün aylıq burs, qalmaq haqqı və təyyarə bileti məhz “Baykar” tərəfindən təmin ediləcək.

 

Mission News Theme by Compete Themes.