Press "Enter" to skip to content

Türk Dövlətləri Təşkilatının Baş katibi Türk Akademiyasında

Görüşdən görüntü

Son yeniləmə: 21 Fevral 2022 17:01

Bayraqdar.info – Beynəlxalq Türk Akademiyasının (BTA) prezidenti Darxan Kıdırəli Nur-Sultanda Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi Bağdad Amreyev ilə görüşüb.

Xəbəri bayraqdar.info-ya fevralın 21-də BTA-dan veriblər.

“Qazaxıstana səfəri çərçivəsində B.Amreyev Akademiyanın yeni binasını ziyarət edib, Türk Muzeyi və Türk Kitabxanası ilə tanış olub. Görüş zamanı türk əməkdaşlıq təşkilatlarının gündəliyində duran mühüm məsələlər müzakirə olunub, gələcək fəaliyyətlə bağlı fikir mübadiləsi aparılıb”, – deyə xəbərdə bildirilir.

Daha sonra qeyd edilir ki, “Akademiya prezidenti TDT Baş katibini Qazaxıstanın “Xalqın sevimlisi” milli mükafatına layiq görülməsi münasibətilə təbrik edib. Öz növbəsində, Baş katib BTA-nın yeni bina ilə təmin olunması münasibətilə təbriklərini çatdırıb və Akademiyanın türk dünyasının inteqrasiyası sahəsində gördüyü işləri yüksək qiymətləndirdiyini qeyd edib”.

“Görüşdə BTA-nın vitse-prezidenti Füzuli Məcidli və Qazaxıstan Xarici İşlər Nazirliyi Yaxın Şərq və Afrika Departamentinin Çoxtərəfli Əməkdaşlıq şöbəsinin müdiri Merey Mukajan da iştirak edib. Sonda qonağa BTA-nın qiymətli nəşrləri hədiyyə edilib.” Xəbər bu sözlərlə bitir.

Mission News Theme by Compete Themes.