Press "Enter" to skip to content

“İrəli”dən gənclərə çağırış

Son yeniləmə: 21 Fevral 2022 18:15

Bayraqdar.info – “İrəli” İctimai Birliyi gəncləri Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar sosial şəbəkələrdə keçirəcəyi aksiyaya aktiv şəkildə qoşulmağa dəvət edir.

İctimai Birlikdən bayraqdar.info-ya bildirilib ki, aksiyanın məqsədi Azərbaycan xalqına qarşı törədilən soyqırımı, etnik təmizləmə və işğal siyasətinin acı nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, faciə haqqında geniş məlumatlandırma işi aparmaqdır.

Ümumilikdə 1000-dən çox gəncin iştirakı iləkeçiriləcək kampaniya çərçivəsində tvitter sosial şəbəkəsi üzərindən Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində xarici dillərdə maarifləndirici, infoqrafik məlumatların paylaşılması nəzərdə tutulub. “İrəli” gəncləri xaricdə yaşayan həmyerlilərimizin də iştirakı ilə üzərində “Justice For Khojaly” yazılan vərəqlərlə şəkil çəkdirərək, müvafiq həştəqlərlə sosial şəbəkə hesablarında paylaşım edəcəklər.

“Fevralın 27-dək davam edəcək aksiyaya qoşulmaq istəyən şəxslər “Twitter”də #Justiceforkhojaly, #KhojalyGenocide, #XocalıyaƏdalət, #Khojaly30, #Xocalı30, #HocalıKatliamı, #ireli2022 həştəqlərindən istifadə edərək,soyqırımı ilə bağlı gerçəkləri özündə əks etdirən məlumatları paylaşaraq, faciə barədə obyektiv məlumatların daha böyük auditoriyaya çatdırılması işinə töhfə verə bilərlər.

“İrəli” İctimai Birliyi olaraq gənclərimizi bütün fəaliyyətlərə aktiv şəkildə qoşulmağa dəvət edirik”, – deyə məlumatda qeyd olunur.

Mission News Theme by Compete Themes.