Press "Enter" to skip to content

Fevralin 21-də KKTC parlamentinin spikeri seçiləcək

KKTC Cümhuriyyət Məclisi

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətininin yeni parlamenti fevralın 21-də növbəti dəfə toplanacaq. Bu dəfəki toplantının əsas məqsədi rəhbərlik seçimləridir.

Bu barədə yayılan məlumatda deyilir ki, yerli vaxtla saat 15:00-da toplanacaq Cümhuriyyət Məclisində yeni spiker seçiləcək.

Xatırladaq ki, yeni parlamentin ilk iclası fevralın 7-də keçirilmişdi.

Qanunvericiliyə əsasən həmin iclasa parlamentin ən yaşlı üzvü Ünal Üstel sərlik etmişdi. Yeni parlamentin spikeri seçilənə qədər məhz o, spiker postunda olacaq.

Mission News Theme by Compete Themes.