Press "Enter" to skip to content

Fermerlər üçün “Kompostun hazırlanması və tətbiqi” təlimi

Fermerlərə təlimlər

Son yeniləmə: 21 Fevral 2022 17:01

Bayraqdar.info – “ECOserve” proqramı çərçivəsində 10 fevral 2022-ci il tarixində fermerlər üçün “Kompostun hazırlanması və tətbiqi” mövzusunda təlim keçirilib. Təlimdə Kürdəmir rayonunun Bağman, Garis Əyribənd və Karrar kəndlərindən olan fermerlər və Kürdəmir Təlim Mərkəzinin əməkdaşları iştirak ediblər.

Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya bildirilib ki, təlimin əsas məqsədi fermerlərə mineral və üzvi gübrələr, onların istifadəsindəki üstünlüklər, çatışmazlıqlar, kompostun düzgün hazırlanma mərhələləri və tətbiq edilməsi qaydaları haqqında iştirakçıları maarifləndirmək olub. Tədbir zamanı iştirakçılarla öz təsərrüfatlarında mövcud olan və istifadə etdikləri yanaşmalar haqqında müzakirələr aparılıb. Həmçinin, iştirakçılar kompostun hazırlanması prosesini praktiki olaraq izləyiblər.

Təlimi uğurla başa vuran iştirakçılara sertifikat təqdim olunub.

Fermerlərə təlimlər

“Qeyd edək ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) “Cənubi Qafqazda kəndlərin davamlı inkişafı üçün təbii sərvətlərin idarə edilməsi və ekosistem xidmətlərinin qorunması” (“ECOserve”) proqramı  Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq çərçivəsində icra olunur. “ECOserve” regional proqramı, Almaniya Federal Hökumətinin Cənubi Qafqazda prioritet sahələrindən biri olan təbii ehtiyatların qorunması və davamlı istifadəsinə yönəlib. Proqramın əhatə etdiyi sahələrə ekoloji siyasət dialoqu, təhsil və təlim, maarifləndirmə və pilot layihələrin icrası daxildir. Azərbaycanda “ECOserve” proqramı kənd təsərrüfatı torpaqlarının davamlı istifadəsi sistemlərinin tətbiqinə yönəlib”, – deyə xəbərdə qeyd edilir.

Mission News Theme by Compete Themes.