Press "Enter" to skip to content

Azərbaycanı beynəlxalq tədbirdə energetika naziri təmsil edəcək

Son yeniləmə: 21 Fevral 2022 09:41

Bayraqdar.info – Energetika naziri Pərviz Şahbazov Qətərin enerji məsələləri üzrə dövlət naziri Saad Şerida al-Kaabinin dəvəti ilə Qətər Dövlətinə səfər edib. Nazir cari ilin 21-22 fevral tarixlərində Doha şəhərində keçiriləcək Qaz İxrac edən Ölkələr Forumunun (GECF) Nazirlər İclasında və GECF-indövlət və hökumət başçılarının 6-cı Sammitində iştirak edəcək.

Bu barədə bayraqdar.info-ya fevralın 21-də Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, GECF-in toplantılarında qlobal qaz bazarının mövcud vəziyyəti, inkişaf perspektivləri və qaz ixrac edən ölkələr arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə ediləcək.

Nazir Pərviz Şahbazovun hər iki tədbirdə çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Mission News Theme by Compete Themes.