Press "Enter" to skip to content

Azərbaycan Rusiya ilə ittifaq münasibətlərinə daxil olur

Vladimir Putin və İlham Əliyev

Son yeniləmə: 21 Fevral 2022 16:50

Bayraqdar.info – Fevralın 22-də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında danışıqlar olacaq.

Xəbəri fevralın 21-də Kremldən veriblər.

Bildirilir ki, tərəflər siyasi, ticari, iqtisadi və humanitar məsələləri əhatə edən geniş müzakirə aparacaq.

Eyni zamanda 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci ildə imzalanmış Azərbaycan, Ermənistan və Rusiya üçtərəfli bəyanatlarından irəli gələn məsələlərin həlli müzakirə ediləcək.

Kreml xəbər verir ki, danışıqların sonunda Rusiya və Azərbaycan arasında münasibətləri ittifaq səviyyəsinə yüksəldəcək Müttəfiqlik Münasibətləri Bəyannaməsi imzalanacaq.

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.