Press "Enter" to skip to content

100-dən çox uşağa səyyar formada reabilitasiya xidmətləri göstərilir

Son yeniləmə: 21 Fevral 2022 18:37

Bayraqdar.info – Sağlamlıq imkanları məhdud uşaqlar da diqqət mərkəzindədir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Sosial Xidmətlər Agentliyinin ötən il başladığı xidmət çərçivəsində hazırda sağlamlıq imkanları məhdud 110 uşaq səyyar formada (evlərində) reabilitasiya xidmətləri ilə təmin olunur.

Bu barədə bayraqdar.info-ya fevralın 21-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onlar daun sindromlu, uşaq serebral iflici, eşitmə məhdudiyyətli, hidrosefaliya, mikrosefaliya, sağ və sol yuxarı ətrafların inkişaf geriiliyi olan 6 yaşadək uşaqlardır.

Agentliyin psixoloq, pedaqoq, sosial işçi və loqopedlərdən ibarət mütəxəssis qrupları həmin uşaqların ünvanlarına gedərək, onları kompleks sosial-psixoloji və sosial-pedaqoji reabilitasiya xidmətləri ilə təmin edir. Qeyd olunan uşaqlarda davranış pozuntuları, diqqət çatışmazlığı, hiperaktivlik, adaptasiya problemi və s. kimi halların reabilitasiyası üüçün işlər aparılır.

Bu məqsədlə müxtəlif proqram və terapiyalardan, pedaqoji texnika və pediatrik reabilitasiya üsullarından istifadə olunur.

Valideynlər üçün maarifləndirici təlim və seminarlar, dəstək qrupları da təşkil edilir. Sağlamlıq imkanları məhdud 16 uşağın səyyar sosial reabilitasiyası kursu isə artıq uğurla başa çatıb.

Mission News Theme by Compete Themes.