Son yeniləmə: 19 Fevral 2022 11:35
Bayraqdar.info – Dövlət Ermitaj Muzeyində fevralın 19-da “Xalçanın sərildiyi məkan mənim evimdir”: Azərbaycan xalçaçılığı” adlı mühazirə təqdim olunacaq. Mühazirə Muzeyin əsas binasında Moskva vaxtı ilə saat 14:00-da baş tutacaq.
Mədəniyyət Naziriyindən bayraqdar.info-ya verilən məlumatda bildirilir ki, Ermitajın əməkdaşı, sənətşünas Polina Lyubimova Azərbaycan xalça sənətinə həsr edilmiş mühazirəsini təqdim edəcək.