Son yeniləmə: 19 Fevral 2022 19:01
Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni hökumət qurulması istiqamətində danışıqlar müsbət nəticə verib. Belə ki, yeni kabinet 3 partiyanın koalisiyası ilə formalaşacaq.
Bu barədə UBP genel başqanı, baş nazir Faiz Sucuoğlu məlumat verib. BRT-də yayımlanan “18-ci saat” proqramına telefonla qatılan baş nazir UBP-DP-YDP koalisiyasının qurulması istiqamətində ümumi razılığın əldə olunduğunu bildirib.
Onun sözlərinə görə, yeni hökumətdə nazir portfelləri 8-1-1 formulu üzrə bölünəcək. Yəni, bununla UBP yeni hökumətdə 8, DP və YDP isə hər biri bir nazir portfeli əldə edəcək.
F.Sucuoğlu fevralın 20-də partiyanın yetkili qurumlarının toplanacağını, fevralın 21-də isə yeni kabinetin Cümhurbaşqanı Ersin Tatara təqdim ediləcəyini vurğulayıb.
[…] KKTC-də yeni hökumət formulu bəlli oldu […]