Son yeniləmə: 19 Fevral 2022 09:39
Bayraqdar.info – Fevralın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura başlayacaq.
Bayraqdar.info-nun məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk qarşılaşması Qəbələdə olacaq. Şəhərin eyni adlı komandası “Səbail”i qəbul edəcək. Hazırda əyalət komandası 26 xalla 3-cü, paytaxt klubu 11 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.
“Komandalar indiyədək Premyer Liqada 17 dəfə üz-üzə gəliblər. Bunların 8-də əyalət təmsilçisi, 4 də “dənizçilər” qələbə qazanıb, 5 görüşdə heç-heçə qeydə alınıb. Topların nisbətində də “qırmızı-qaralar” üstündür – 31:16.
“Digər görüşsə son çempion “Neftçi” “Keşlə” ilə üz-üzə gələcək. 15 turdan sonra “ağ-qaralar” 22 xalla 4-cü, qonaqlar 14 xalla 6-cı sıradadır. Paytaxt klubları ölkə çempionatlarında 68 dəfə qarşılaşıblar. 37 dəfə “Neftçi”, 16 dəfə isə “Keşlə” meydanı 3 xalla tərk edib. Topların nisbətində də meydan sahiblərinin aşkar üstünlüyü var – 108:66.
“Azərbaycan Premyer Liqası
XVI tur
“19 fevral
15:00. “Qəbələ” – “Səbail”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Müslüm Əliyev, İnqilab Məmmədov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Rüfət Əmirov
Qəbələ şəhər stadionu
“17:15. “Neftçi” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”
“Qeyd edək ki, XVI turun “Zirə” – “Sabah” qarşılaşması fevralın 20-də olacaq. Turun “Qarabağ” – “Sumqayıt” görüşü mayın 12-nə təxirə salınıb”, – deyə xəbərdə bildirilir.