Press "Enter" to skip to content

Xocalı soyqırımının qurbanları Hatayda anılıb

Son yeniləmə: 18 Fevral 2022 12:13

Bayraqdar.info – Fevralın 17-də qardaş Türkiyənin Hatay şəhərində Xocal soyqırımının 30-cu ildönüm ilə bağlı tədbir keçirilib. Mərasim Hatay Mustafa Kemal Univeristeti və Türk Dünyası Araştırmaları Topluluğu tərəfindən təşkil edilib.

Bu barədə bayraqdar.info-ya Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz məlumat verib.

Bildirilib ki, tədbirdə universitetin rektoru, Prof. Dr. Hasan Kaya, Türk Dünyası Araştırmaları Topluluğu başqanı Batuhan Akpınar, Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov, Doç.Dr. Esma Özdaşlı, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz, Ülkü Ocakları Hatay İl başqanı Alihan Döner, KAÇEP Hatay İl başqanı Dilek Demirdöven, Türkiye Kamu Sen İl başqanı Hayri Şahin, Antakya Türkav başqanı Mehmet Delioğlu, həmçinin universitetin professor, müəllim və tələbə heyəti, iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.

Açılış nitqi ilə çıxış edən Hatay Mustafa Kamal Universitetinin rektoru professor Hasan Kaya Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət!” ifadəsini xatırladıb. Rektor şəhidləriə Allahdan rəhmət diləyərək, tarixi Qarabağ zəfərinin Türkiyədə yaratdığı yüksək-əhval ruhiyyənin əbədiyyətə qədər qorunacağına əmniliyini ifadə edib. H.Kaya bildirib ki, ermənilərin törətdiyi Xocalı soyqırımı XX əsrdə insanlığın üz qarasıdır.

Türk Dünyası Araştırmaları Topluluğu başqanı Batuhan Akpınar da Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən dəhşətli cinayətlərdən olduğunu deyib.

Sonra Xocalı soyqırımının dəhşətlərini əks etdirən film nümayiş olunub.

Mərasimdə çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin birinci katibi Elxan Zeynalov çıxışına Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir!” ifadəsi ilə başlayıb. E.Zeynalov Prezident İlham Əliyevin Xocalı soyqırımının otuzuncu ildönümü haqqında imzaladığı Sərəncamın qarşıya qoyduğu məqsədlərdən danışıb.

Diplomat həmçinin deyib ki, 2008-ci ildən etibarən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində müxtəlif tədbirlər keçirilir. Bu kampaniya beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı barədə daha geniş məlumatlandırılması məqsədi daşıyır.

General Yücel Karauz öz çıxışında erməni faşizminin bütün istiqamətlərdəki fəaliyyətləri, Azərbaycan və Türkiyəyə qarşı törədilən bəşəri cinayətlər, soyqırımı və deportasiyalar barədə geniş məlumat verib. Y.Karauz deyib ki, keçmiş SSRİ dövründə Azərbaycan xalqının tarixi məqsədyönlü şəkildə unutdurulub, erməni cəlladların törətdikləri cinayətlərin izini itirməyə çalışıblar: “Lakin Azərbaycan xalqının tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev ölkəni təlatümlərdən xilas edib və milli dövlət quruculuğu sahəsində əsaslı addımlar atıb. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı məlum Fərman əsasında 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi təsis etməsi xalqın qan yaddaşını oyadıb, tarixi həqiqətlərin üzə çıxarılması üçün dövlət strategiyası müəyyən edilib”.

Doç.Dr. Esma Özdaşlı isə çıxışında Ermənistan dövlətinin yaradılması, ermənilərin bu bölgəyə köçürülməsi, süni məskunlaşdırmanın siyasi məqsədləri, Xocalı soyqırımının acı nəticələri barədə traflı məlumat verib.

Ülkü Ocaqları Hatay vilayət təşkilatının sədri Alihan Döner Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu ifadə edərək mərasimdə qatılanlara təşəkkürünü ifadə edib və Xocalı soyqırımını törədən vandalların heç zaman bağışlanmayacağını bildirib.

Mərasimin sonunda çıxışçılara təşəkkür plaketi təqdim edilib.

Mission News Theme by Compete Themes.