Press "Enter" to skip to content

Vergi bəyannamələrinin yeni formaları

Son yeniləmə: 18 Fevral 2022 09:47

Bayraqdar.info – Vergi bəyannamələrinin yeni formaları təsdiqlənib.

Bu barədə bayraqdar.info-ya İqtisadiyyat Nazirliyi yanında Dövlət Xergi Xidmətindən məlumat verilib.

Qeyd ediilib ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş dəyişikliklərlə bağlı “Dövlət rüsumu haqqında” Qanuna və digər qanunvericlik aktlarına da müvafiq dəyişikliklər olunub. Bununla əlaqədar, Dövlət Xergi Xidmətində “Sadələşdirilmiş verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, “Sadələşdirilmiş verginin bəyannaməsinə 2 nömrəli Əlavə” və onu tərtib edilməsi qaydası, “Uduşlardan (mükafatdan) əldə edilən gəlirdən ödəmə mənbəyində tutulan verginin bəyannaməsi” və onun tərtib edilməsi qaydası, həmçinin “Dövlət rüsumunun tutulması haqqında hesabatın” forması və onun tərtib edilməsi qaydası yeni redaktədə təsdiq olunub. Bununla da əvvəlki illərdə təsdiq olunmuş eyniadlı sənədlər ləğv edilib.

Məlumata əsasən qaydalar 1 yanvar 2022-ci ildən qüvvəyə minib.

Yeni qaydalar və bəyannamə formaları ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

Mission News Theme by Compete Themes.