Press "Enter" to skip to content

Türkiyənin NATO-ya üzv olmasının 70-ci ildönümüdür

Bayraqdar.info – Fevralın 18-də qardaş Türkiyənin NATO-ya üzv olmasının 70-ci ildönümü tamam olur.

Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı bir açıqlama yayıb. Nazirliyin Twitter hesabı üzərindən də paylaşılan açıqlamada ötən 70 ilə nəzər salınır.

 

“Bizim müttəfiqlərimizdən gözləntimiz NATO-nun ortaq maraqlarını təşkil edən birlik və həmrəylik ruhunun tam şəkildə nümayiş etdirilməsidir”, sözlərinin əks olunduğu açıqlamada Türkiyənin “soyuq müharibə” dövründə olduğu kimi ondan sonra da NATO-nun məsuliyyətli və ğncül üzvlərindən biri olduğu bildirilib.

Qeyd edək ki, Türkiyə NATO-ya 18 fevral 1952-ci ildə rəsmən üzv olub.

Onu da vurğulayaq ki, Xarici İşlər Nazirliyinin Twitetr hesabında bu əlamətdar günlə bağlı daha bir paylaşım da edilib.

https://twitter.com/TC_Disisleri/status/1494567361919307794

 

One Comment

Comments are closed.

Mission News Theme by Compete Themes.