Son yeniləmə: 18 Fevral 2022 12:08
Bayraqdar.info – On bir dövlət orqanında mövcud olan 22 vakant vəzifə üzrə fevralın 1-dən başlanan daxili müsahibələr davam edir.
Bu barədə bayraqdar.info-ya fevralın 18-də Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, elana çıxarılan vəzifələr üzrə 50 namizəd müraciət edib. Ən yüksək müsabiqə vəziyyəti Qida Təhlükəsizliyi Agentliyi, aparat, rəhbərlik, dövlət orqanı rəhbərinin köməkçisi (1 vakant yer üzrə 20 namizəd), İqtisadiyyat Nazirliyi, beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsi, şöbə müdiri (1 vakant yer üzrə 5 nəfər) vəzifələri üzrə yaranıb. Bu gün saat 10:40-dək olan məlumata görə, müsahibələrdə 19 nəfər uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib. Müsahibələrin fevralın 22-dək keçirilməsi planlaşdırılır.