Press "Enter" to skip to content

Daha 4 qazi müalicə üçün Türkiyəyə göndərilib

Son yeniləmə: 18 Fevral 2022 11:16

Bayraqdar.info – Vətən müharibəsində ağır yaralanan daha 4 qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə bayraqdar.info-ya fevralın 18-də ASAN xidmətdən məlumat verilib.

Bildirilib ki, müalicəyə göndərilən qazilər Ömərov Rüstəm Çianşa oğlu, Yusifov Elnur Xanlar oğlu, Əliyev Xəzər Ərşad oğlu və Hacıyev Arif Şirvan oğludur.

Qeyd olunub ki, “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

“YAŞAT” Fondu qazilərin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 165 qazi müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 121-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.

Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

Mission News Theme by Compete Themes.