Press "Enter" to skip to content

Bakıya 12 ədəd “İsuzu” avtobusu gətirilib

Avtobuslar

Son yeniləmə: 18 Fevral 2022 13:07

Bayraqdar.info – Bakıya 49 nömrəli marşrut xətti üzrə istismar etmək üçün 12 ədəd “İsuzu” markalı yeni avtobus gətirilib. Bu barədə fevralın 18-də bayraqdar.info-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumatda deyilir ki, dövlət başçısının tapşırığına uyğun olaraq son illərdə paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 53 faizi yenilənib. İctimai nəqliyyatın tənzimlənməsi və inkişafına dair sistemli tədbirlər, eləcə də nağdsız ödəniş sisteminə keçidlə şərtlənən maliyyə şəffaflığının güclənməsi özəl daşıyıcıların avtobus parkının yenilənməsinə marağını artırır. Bu çərçivədə 12 ədəd “İsuzu” markalı sərnişin avtobusu alınaraq şəhərimizə gətirilib. Sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslar Sabunçu və Bakıxanov qəsəbələrini metronun “28 May” stansiyası ilə əlaqələndirən 49 nömrəli müntəzəm marşrut xətti üzrə istismara veriləcək. Dəyişiklik gündəlik sərnişin səfər sayı 20-25 min olan 49 nörməli marşrut xətti üzrə sərnişindaşımaların keyfiyyətinin əsaslı şəkildə yaxşılaşmasına təsir edəcək.

“Yeni nəqliyyat vasitələrinin xəttə buraxılması ilə 49 nömrəli marşrut xəttindəki avtobusların bir qismi 161 nömrəli xətt üzrə sərnişinlərin istifadəsinə veriləcək. Bununla da Suraxanı dairəsi-Hövsan qəsəbəsini əlaqələndirən 161 nömrəli marşrutda son günlər nağdsız ödəniş sistemində müşahidə olunan problemlər aradan qalıdırılacaq.

“Son günlər 161 nömrəli marşrut üzrə nağdsız fəaliyyət göstərən bəzi avtobuslarda texniki nasazlıqların yaranması nəzərə alınaraq marşrutun fasiləsiz fəaliyyətinin təmin edilməsi məqsədi ilə müvəqqəti olaraq nağdsız avadanlıqlarla təchiz edilməyən avtobuslar istismar edilib”, – deyə məlumatda qeyd edilir.

Mission News Theme by Compete Themes.