Press "Enter" to skip to content

Ya UBP-DP-YDP, ya da UBP-HP

KKTC parlamenti

Son yeniləmə: 17 Fevral 2022 15:27

Bayraqdar.info – Kuzey Kıbrıs Türk Cümhuriyyətində yeni hökumət arayışları davam edir. UBP-nin paralmentdəki digər 4 partiya ilə danışıqlaırnın birinci mərhələsi nəticəsiz qalıb.

Hazırda ikinci mərhələyə hazırlıq görülür. Bu arada mətbuata açıqlama verən UBP genel başqanı və baş nazir Faiz Sucuoğlu hökumtəin üç, yaxud da iki partiyadan ibarət ola biləcəyinə işarə edib. Açıqlmasında “Hələlik konkret nəticə yoxdur. Amma qopma da yoxdur”, – deyən F.Sucuoğlu hazırda danışıqlar masasında iki varinatın olduğunu bildirib. Bəlli olub ki, yeni hökumət Ya UBP-DP-YDP, da da UBP-HP formatında qurulacaq.

Kıbrıs Postası xəbər verir ki, baş nazir danışıqların məhz DP-nin daha çox səlahiyyət və təsir dairəsi istədiyi ucbatından dalana dirəndiyinə də işarə edib: “UBP 40 faiz səs toplayan və 24 deputatı olan bir partiyadır. Masada danışarkən bunlar nəzərə alınmalıdır. Onu al, bunu ver işinə girmərik. Bunlar köhnə üsullardır. Elə söhbətlər olmalıdır ki, əsaslı və realist olsun”.

“DP bizə qəbul edə bilmədiyimiz təkliflərlə gəldi. Amma həll olunacaq kimi görürəm” deyən F.Sucuoğlu, ikitərəfli modellə bağlı HP ilə danışıqlar aparıldığını da sözlərinə əlavə edib.

Mission News Theme by Compete Themes.