Son yeniləmə: 17 Fevral 2022 10:55
Bayraqdar.iinfo – AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti onlayn astroseminar keçirilib.
Bu barədə bayraqdar.info-ya Rəsədxanadan məlumat verilib. Bildirilib ki, seminarda rəsədxananın Ulduz atmosferləri fizikası və maqnetizm şöbəsinin böyük elmi işçisi dosent Zahir Səmədovun “φCas (F0Ia) ifrat nəhəng ulduzunun atmosferinin tədqiqi” (Z.Səmədov, G.Hacıyeva, S.Rəcəbova) mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi atmosfer modeli üsulu ilə HR382 (φCas ,F0Ia) ulduzunun atmosferinin tədqiqi barədə danışıb. Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.